Paşinyanın siyasəti cəmiyyəti sərsəmləşdirməkdir - Manukyan

18
Yan
2024
17:14

Danışıqlar zamanı Ermənistanın indiki hakimiyyətinin bütün siyasəti cəmiyyəti sərsəmləşdirməkdən ibarət olub. 

Azreform.info xəbər verir ki, bunu erməni deputat Qeqam Manukyan deyib.

Onun sözlərinə görə, hakimiyyət heç bir təhlükəsizlik şəbəkəsi yaratmadan ardıcıl olaraq hər gün eyni “sülh” sözünü təkrarlayır. “Bu gün vətəndaşları “sülh” sözü ilə yedizdirməklə bir növ narkotik kimi cəmiyyət ən pis vəziyyətə hazırlanır, ayıq-sayıq saxlanmır. Onlar yalnız fəaliyyəti imitasiya edirlər”, - Manukyan qeyd edib.

Mürtəza
Azreform.info