Daha üç prezidentliyə namizədin vəkilləri qeydə alınıb

18
Yan
2024
16:21

Daha üç prezidentliyə namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb.

Azreform.info ”ın xəbərinə görə, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.

Belə ki, MSK-nın bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.