ABŞ-də güclü qar onlarla insanın ölümünə səbəb olub

18
Yan
2024
14:21

ABŞ-nin bəzi ştatlarında yanvarın 12-dən bəri davam edən güclü qar nəticəsində onlarla insan ölüb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, 6 gündə 21 nəfər həlak olub. 

Tennessi ştatında 7, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.

Meteoroloji xidmətlər, Nyu-Yorkun Kanada ilə sərhədindəki Buffalo şəhərinin ətrafına 75 santimetrdən çox qar yağdığını, qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirib.

Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir.

“FlightAware” saytının məlumatına görə, bu gün ABŞ-də 1 090 reys ləğv edilib, 4 221 reys gecikib.

ABŞ-nin 3 ştatında qış şəraiti ilə əlaqədar 95 minə yaxın insan işıqsız qalıb. 

Günay