Fuad Əliyevin Nəsimi sakinləri ilə möhtəşəm görüşü keçirilib - Fotolar

18
Yan
2024
13:11

 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində
növbəti görüşünü Nəsimi rayonun bir qrup sakini ilə keçirib.

Azreform.info xəbər verir ki, möhtəşəm və izdihamlı keçirilən görüşdə F.Əliyev öncə seçicilərinə seçki platforması haqqında məlumat verib, etimad qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib.

Namizəd qeyd edib ki, əsas məqsədi yalnız xalqa xidmət etməkdir. O, çıxışında daha çox əhalinin sosial problemlərindən, onun həlli yollarından danışıb.

F.Əliyev seçkilərin demokratik, şəffaf keçirilməsi üçün hamını Prezident seçkilərində fəal iştiraka çağırıb. 
 
Sonda F.Əliyev sakinlərin suallarını cavablandırıb.