Türkiyədə kosmos səfəri təxirə salındı - FOTO

18
Yan
2024
12:49

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da yer aldığı kosmos səfəri təxirə salınıb. 

Azreform.info “Haberler.com”a istinadla xəbər verir ki, bu barədə Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır məlumat verib.

“Hədəf edilən buraxılış vaxtı: 19 yanvar 2024-cü il saat 00:49 (Türkiyə vaxtı ilə).

Bu müddət ərzində texniki yoxlamaların başa çatdırılması planlaşdırılır. Astronavtımız Alper Gezeravcının bu tarixi missiyanı uğurla yerinə yetirməsini həyəcanla gözləməyə davam edəcəyik”.

Həmçinin “SpaceX”də Türkiyənin ilk kosmos səyahətçisinin üzvü olduğu “Ax-3” missiyasının buraxılış öncəsi son yoxlamalarının tamamlanacağı bildirilib.

Qeyd edək ki, buraxılış Floridada “SpaceX” tərəfindən “Falcon9” raketi ilə həyata keçiriləcək.

“Axiom Space”in Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcəyi "Ax-3" missiyasının 4 nəfərlik heyəti var. Alper Gezeravcının “Ax-3” uçuşunda iştirak edəcəyi şəxslər ABŞ və İspaniyanı təmsil edən missiya rəhbəri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından iştirak edən isveçli Markus Vandt olacaq.

Günay