Pakistandan hücum: İran polkovniki həlak oldu

17
Yan
2024
21:28

İran-Pakistan sərhədi yaxınlığında SEPAH zabiti həlak olub.

Azreform.info ” İRNA-ya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Hüseynəli Cavidanfər Pakistanla sərhədə yaxın ərazidə silahlıların hücumu nəticəsində həyatını itirib.

Məlumata görə, iranlı zabit Xaş-Zahidan yolunda silahlılar tərəfindən güllələnib.

Hücumu törədənlərin müəyyən edilməsi üçün tədbirlər görülür.