Pakistan İrana cavab zərbəsi endirmək hüququnu özündə saxlayır - Gərginlik artır

17
Yan
2024
18:21

Pakistan İranın öz ərazisinə hücumunu qəbuledilməz və qanunsuz addım hesab edir, cavab vermək hüququnu özündə saxlayır və mümkün nəticələrə görə Tehran məsuliyyət daşıyır.

Azreform.info xəbər verir ki, belə bir bəyanatla Pakistan Xarici İşlər Nazirliyi çıxış edib. 

“Bu qanunsuz addım tamamilə qəbuledilməzdir və heç bir əsası yoxdur. Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır. Nəticələrə görə məsuliyyət İranın üzərinə düşəcək”, - Pakistan XİN-nin açıqlamasında deyilir. 

Çərşənbə axşamı İslam İnqilabı Keşikçiləri Korpusu Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətində yerləşən "Ceyş əl-Ədl" qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçuş aparatı ilə hücum təşkil edib.

Mürtəza
Azreform.info