Bu xəstəliklərə yoluxma azalıb

17
Yan
2024
15:56

Ötən ilin 11 ayı ərzində Azərbaycanda qarayara, vərəm və siflisə yoluxma halları azalıb.

Bu barədə Azreform.info a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb.

Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.