Yaponiyada "dərmanlı sərnişin" kabin xidmətçisini dişlədi

17
Yan
2024
15:49

Yaponiyanın “All Nippon Airways” (ANA) aviaşirkətinə məxsus təyyarədə qəribə anlar yaşanıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rəsmi Kyodo agentliyi məlumat verib.

Belə ki, ANA-ya məxsus “Tokio-Sietl” reysi ilə uçan 55 yaşlı sərnişin kabin xidmətçisinin qolunu dişləyib. 

Ekipajın müdaxilə etdiyi sərnişin hava limanına qayıtdıqdan sonra saxlanılıb.

Sözügedən sərnişinin “kabin xidmətçisinə zərər vurmaq” maddəsi ilə ittiham ediləcəyi bildirilib. 

ABŞ vətəndaşı sayılan şəxs polisin dindirilməsi zamanı təyyarədə yuxu dərmanı istifadə etdiyini və hadisəni xatırlamadığını iddia edib.

Günay