Fulyaya qarşı qınaq hücumu - Reaksiyası sərt oldu (VİDEO)

17
Yan
2024
15:42

Türkiyəli jurnalist Fulya Öztürkün İraq sərhədindəki canlı yayımı böyük reaksiyaya səbəb olub.

Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, o, yayım zamanı "komanda sahəyə çıxdı" deyib.

Fulyanın bölgədə baş verənləri işıqlandırması, “Əməliyyatı ifşa etdi” kimi şərhlərə səbəb olub.

O, məsələ ilə bağlı sosial media hesabından onu tənqid edənlərə açıqlama verib:

“Siz nəyin ifşa olduğunu və ya olacağını belə bilmirsiniz. Mənə məsləhət verirsiniz?

İllərdir, hərbi bölgələrə gedirəm, yayım edirəm. İndiyə qədər əsgərlərdən, komandirlərdən məmnunluqdan başqa heç nə eşitməmişəm. Nə etmək istəyirsiniz? Nə ifşası? Bir komanda meydana çıxdı deməklə ifşa olunmur. Sizin bu mesajlarınıza buradakı komandirlər gülümsəyir. Rahatlayın”. 

Qeyd edək ki, ötən günlərdə "Pəncə-Kilit" əməliyyatı bölgəsində baş verən qarşıdurmada 9 əsgər şəhid olub.

Günay