Pakistan səfirini İrandan geri çağırıb

17
Yan
2024
15:35

Pakistan İrandakı səfirini geri çağırıb.

Azreform.info ” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistanın Xarici İşlər Nazirliyi yayıb.

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb.