İstanbulda çavuş 6 nəfərin hücumuna məruz qalıb.
Azreform.info “Haberler.com”a istinadla xəbər verir ki, o, belindəki tapançanı çıxararaq əvvəlcə havaya, sonra da döyüşdüyü insanlara atəş açıb.
Hadisə nəticəsində 1 nəfər yaralanıb.
Belə ki, Çatalca ərazisində işləyən çavuş Özgür K. görüşdüyü şəxslərlə mübahisə edib. Mübahisə qısa zamanda davaya çevrilib. Dava zamanı 6 nəfər bir anda Özgür K.-yə hücum edib.
Hadisə yerinə tibb və polis əməkdaşları cəlb edilib.
Davada xəsarət alan Mehmet E.-yə ilkin tibbi yardım göstərilib.
Hadisə anı parkdakı təhlükəsizlik kamerasına əks olunub.
Günay