Fransada doğum səviyyəsi ən aşağı səviyyədədir

17
Yan
2024
03:42

Fransada 2023-cü ildə yeni doğulmuşların sayı İkinci Dünya müharibəsindən sonra ilk dəfə 700 mindən aşağı olacaq.

Azreform.info ” xəbər verir ki, bu barədə Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) dərc etdiyi hesabatdan bəlli olub.

Qurumun verilənlərinə görə, 2023-cü ildə 678 min, 2022-ci ildə 725 mindən çox, 2010-cu ildə isə 833 minə yaxın insan doğulub.

Sosioloqların qeyd etdiyi kimi, 2023-cü ildə ölkədə 631 min nəfər ölüb. Üstəlik 2022-ci ildə bu rəqəm 675 min olub. Eyni zamanda, dövlət qurumuna görə, 2020-2022-ci illərdə ölkədə koronavirus pandemiyası ilə bağlı ölüm hallarında artım müşahidə olunub.

Sosioloqlara görə, 2024-cü il yanvarın 1-nə əsasən Fransa əhalisinin sayı təxminən 68,4 milyon nəfərdir.