Zaxarova Davosda keçirilən görüşü uğursuz adlandırdı

17
Yan
2024
00:49

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveçrənin Davos şəhərində “Kopenhagen formatı”nda Ukrayna üzrə keçirilən dördüncü görüşü şərh edib.

Azreform.info ” xəbər verir ki, onun açıqlaması Rusiya departamentinin saytında dərc olunub.

Zaxarova görüşün nəticələrini Kiyev və onun ev sahibləri üçün uğursuz adlandırıb.

O qeyd edib ki, 2023-cü ilin oktyabrında Maltada keçirilən görüşlə müqayisədə iştirakçıların sayı 66-dan 82-yə yüksəlib. Lakin bu rəqəm dialoqun keyfiyyətindən xəbər vermir.

“Ənənəvi olaraq Çin iştirakdan imtina etdi. Bir çox ölkələr aşağı səviyyədə və müşahidəçi qismində iştirak etdilər. Bu cür iştirakı tam hüquqlu adlandırmaq çətindir”, - diplomat əlavə edib.