Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü

16
Yan
2024
23:28

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi ilə görüşüb.

Azreform.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsünün sözlərinə görə, Putin Rusiya və KXDR xarici işlər nazirlərini qəbul edib.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyadan olan həmkarı ilə görüşüb.