Aİ ölkələri razılaşdı: Qırmızı dənizə missiya göndərilir

16
Yan
2024
23:00

Avropa İttifaqı (Aİ) ölkələri Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün dəniz missiyasının yaradılmasını ilkin olaraq təsdiqləyib.

Azreform.info ” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bu missiyanın fevralın 19-dan gec olmayaraq yaradılacağı planlaşdırılır. O, ticarət gəmilərini Yəməndəki husi üsyançılarının artan hücumlarından qoruyan digər ölkələrlə koordinasiyada işləyəcək.

Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən il noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.