Ərdoğan: "Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq"

16
Yan
2024
21:28

"Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq".

Azreform.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"620 mindən çox suriyalı terrordan azad edilən ərazilərə qaytarılıb. Sərhədlərimizdən kənarda hərbi mövcudluğumuz həm ölkəmizin, həm də vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq. Ölkəmizin belə bir fəlakətlə üzləşməsinə icazə verə bilmərik", - o qeyd edib.