Baş nazir: Ukraynaya hərbi yardımların mənası yoxdur

16
Yan
2024
21:07

Qərbin Ukraynaya hərbi yardımlarının heç bir mənası yoxdur və bu, yalnız müharibə qurbanlarının sayını artırır.

Azreform.info xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso macarıstanlı həmkarı Viktor Orbanla birgə mətbuat konfransında deyib.

“Bu münaqişənin hərbi həlli yoxdur. Ukrayna ordusu Rusiya Federasiyası ilə bərabər döyüşmək qabiliyyətini itirib”, - Fitso deyib.

Baş nazir bu vəziyyəti dəyişməyin üç il sonra belə mümkün olmayacağını, Rusiyanın Donetsk və Luqanska nəzarəti davam etdirəcəyini, Krımdan çəkilməyəcəyini əlavə edib.

Hökumət başçısı slavyanların Qərbdəki bəzi qüvvələrin geosiyasi maraqları naminə bir-birini məhv etməsinə təəssüflə baxdığını deyib.

O, sözügedən qüvvələrin Kiyev hakimiyyətinə iki dəfə atəşkəs əldə etməyi qadağan etdiyini bildirib.
Robert Fitso sanksiyalara rəğmən, Rusiya iqtisadiyyatının işlədiyini, rublun öz mövqeyini qoruduğunu, Çin və Hindistanla enerji sahəsində müqavilələr bağladığını deyib.