İtaliya millisinin sabiq futbolçusu Daniele De Rossi “Roma”nın yeni baş məşqçisi olub.
“Azreform.info ” xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssisin müqaviləsinin müddəti iyunun 30-dək nəzərdə tutulub. O, bu gün istefaya göndərilmiş portuqaliyalı Joze Mourinyonu əvəzləyib.
De Rossi 2001-2019-cu illərdə “Roma”nın formasını geyinib.