"Sumqayıt" Türkiyədə ikinci yoxlama oyununda qalib gəlib

16
Yan
2024
20:14

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" ikinci yoxlama oyununda qalib gəlib.

Azreform.info xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistan təmsilçisi “Soqdiana”nı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzub - 0:3.