Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yanvarın 17-də Türkiyənin “Kocaelispor” klubuna qoşulacaq.
“Azreform.info ”ın yerli mətbuata istinadən məlumatına görə, son klubu Tailand təmsilçisi “Buriram Yunayted” olan 28 yaşlı hücumçu səhər saatlarında Kocaelidə olacaq.
O, tibbi müayinədən keçdikdən sonra TFF I Liqa təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq və kollektivlə ilk məşqinə çıxacaq. Şeydayevin sözləşmə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Ramil Şeydayev “Buriram Yunayted”in heyətində bütün turnirlərdə 16 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Kocalispor” I Liqada 18 turdan sonra 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.