Məşhur cərrahdan qorxudan “Barbi” açıqlaması - “Qabırğalarını çıxartdırırlar”

16
Yan
2024
18:07

Türkiyəli plastik, rekonstruktiv və estetik cərrahiyyə mütəxəssisi professor-həkim Yakup Çil tək tip estetikanın təhlükələri ilə bağlı açıqlamalar verib.

Baku.ws Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, dünyada plastik əməliyyatların artmasının özü ilə yeni təhlükələr gətirdiyini deyib:

“Bu təhlükələrdən ən diqqət çəkəni, vahid insan görünüşü yaratmağa çalışmaq kimi görünür. Bi tipdə dodaq, vahid burun və vahid göz quruluşu arzusu. Ən çox rast gəlinən vəziyyətlərdir”.

Hamının eyniləşdirilməsinə deyinən cərrah burada sosial şəbəkələrin “güc”ünü vurğulayıb:

“Sosial şəbəkənin geniş yayılması və insanların sosial mediada yazdıqları, bəzilərinin estetik tələbatını istiqamətləndirə bilir. Bundan başqa, tanınmış modellərə bənzəmək istəyi insanların vahid estetik görünüşə meyl etməsində təsirli ola bilər”.
Vahid görünüşün yaradılmasında ən problemli situasiyalardan birinin qeyri-real “Barbi kukla” obrazlarına bənzəmək istəyi olduğuna diqqət çəkən ekspert bu məlumatları paylaşıb:

"Bunun ən yaxşı nümunəsi, bel nahiyəsində qabırğaların çıxarılması əməliyyatları ilə “Barbi kuklası”na bənzədilməsidir. Beləliklə, insanlar “Barbie” obrazı kimi daha incə bir bel quruluşuna sahib olmağa çalışırlar. Əvvəllər çox populyar olan estetik görünüş zamanla bəyənilməməyə başlaya bilər, ona görə də getdikcə daha çox şeyə, çətin cərrahi əməluyyatlara ehtiyacımız ola bilər”.