Fuad Əliyev seçicilərlə ilk görüşünü keçirib

16
Yan
2024
16:55
Prezidentliyə namizəd Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində ilk görüşünü Binə qəsəbəsi sakinləri ilə keçirib.

Görüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlayıb

Ardınca görüş iştirakçılarına Fuad Əliyev haqqında qısa məlumat verilib.

F.Əliyev ölkədə baş verən ictimai-siyasi proseslər, seçki kampaniyasının gedişi və digər məsələlərlə bağlı məlumat verib. Namizəd seçiciləri seçki platforması ilə tanış edib.

Prezidentliyə namizəd sonda seçicilərin suallarını cavablandırıb, onlarla səmimi söhbətlər aparıb.