Avropa ölkələri qorxularını gizlətmir: Rusiya-NATO müharibəsi və…

16
Yan
2024
16:56

Rusiya yaxın zamanlarda Avropa və NATO üçün ciddi hərbi təhlükəyə çevrilə və bu da hərbi əməliyyatlarla müşahidə oluna bilər.

Azreform.info xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaja Kallas “The Times” qəzetinə müsahibəsində bildirib.

“Bizim kəşfiyyatımız bunun 3-5 il çəkəcəyini təxmin edir və bu, bizim birliyimizi və Ukrayna ilə bağlı mövqeyimizi necə qoruyub saxlamağımızdan çox asılıdır”, - baş nazir Kallas qeyd edib.

Baş naziri Estoniya Xarici Kəşfiyyat Xidmətinin hesabatına istinad edərək deyib ki, Baltikyanı ölkələr Rusiyanın ilk "qurbanı" ola bilər. 

Bu, Avropada Rusiyadan gözlənilən təhdidlərin elan edilməsi ilə bağlı ilk səslənən fikir deyil. Dekabrda Almaniyanın müdafiə naziri Boris Pistorus qeyd edib ki, Moskvanın Baltikyanı ölkələr, Gürcüstan və Moldovaya qarşı təhdidləri ciddi qəbul edilməlidir.

Mürtəza
Azreform.info