Putin 24 ildən sonra Şimali Koreyaya niyə gedir?

16
Yan
2024
15:14

Rusiya prezidentinin yaxın gələcəkdə Şimali Koreyaya səfər edəcəyinə ümid edirik.

Azreform.info xəbər verir ki, bunu RF prezidentinin sözçüsü Dmitri peskov deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Pxenyanın dəvəti əsasında qonşu Şimali Koreyaya səfər etməyi planlaşdırır.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən və Qərbin Moskva ilə əlaqələrini kəsməsindən sonra Moskva dəstək üçün Şimali Koreyaya müraciət edib.

Putin Şimali Koreya lideri Kim Çen Inı ötən ilin payızında qəbul edib. Bu görüşdə iki liderin Pxenyanın Moskvaya silah göndərilməsi məsələsini müzakirə etdiyi güman edilir.

Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui hazırda Moskvada səfərdədir və o, rusiyalı həmkarı Sergey Lavrovla Putinin nəzərdə tutulan səfərini müzakirə edirlər.

Səfərin əsas məqsədlərindən biri iki ölkənin qarşılıqlı silah ticarətini genişləndirməkdir.

Putin Şimali Koreyaya sonuncu dəfə 2000-ci ildə səfər edib. 

Mürtəza
Azreform.info