Cəlilabadda transformatorda yanğın, kəndin bir hissəsi işıqsız qaldı

16
Yan
2024
14:21

Cəlilabad rayonunun Ləkin kəndində transformatorda yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, transformator tamamilə yanaraq, yarasız hala düşüb.

Kənd sakinlərinin sözlərinə görə, nəticədə kəndin bir hissəsi işıqsız qalıb.

Bu gün aidiyyatı qurumlar tərəfindən yeni transformatorun quraşdırılacağı gözlənilir.