66 yaşlı kişi qarda yıxılıb öldü - Nəvəsini məktəbdən gətirirdi

16
Yan
2024
12:49

Şaxtalı havada yolların buz bağlaması 66 yaşlı kişinin ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün Biləsuvarda baş verib.

Belə ki, Biləsuvar şəhər sakini 1958-ci il təvəllüdlü Cəmil Rəhimov buzlu yolda sürüşərək yıxılıb.

Ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib.

Qeyd edək ki, 66 yaşlı baba nəvəsini buzlu yollardan təhlükəsiz evə aparmaq üçün məktəbə gedibmiş.