Bakının Binəqədi rayonunda mebel sexində baş verən partlayış zamanı həlak olanlardan biri Gürcüstan vətəndaşıdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mtavari” telekanalı yayıb.
Həmin şəxsin 35 yaşlı Sərac Yusibov olduğu deyilir. Onun Bolnisi bələdiyyəsinin Nahiduri kəndinin sakini olduğu, Bakıya iş tapmaq üçün gəldiyi bildirilir.
APA-nın məlumatına görə isə Gürcüstan Xarici İşlər Nazirliyi bununla bağlı yaydığı bəyanatda Gürcüstan vətəndaşının həlak olmasına dair xəbərləri aydınlaşdırdığını qeyd edib: “KİV-də yayılan məlumata görə həlak olanlardan biri Gürcüstan vətəndaşıdır. Biz məlumatın aydınlaşdırılması istiqamətində işləyirik”.
Xatırladaq ki, yanvarın 15-i Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb.