Sumqayıtda 50 yaşlı kişi intihar edib

16
Yan
2024
00:35

Sumqayıtda 50 yaşlı kişi intihar edib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə “Xəzər bağları” yaşayış massivində qeydə alınıb.

1974-cü il təvəllüdlü Təbib Sadayət oğlu Hətəmov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.