44 günlük savaşda 17 min avtomat yoxa çıxdı – Erməni nazir

16
Yan
2024
00:21

Ermənistanın daxili işlər naziri Vahe Kazaryan 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsindən sonra 17 min avtomatın yoxa çıxdığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “News.am” portalı yazıb.

Bildirilir ki, yanvarın 15-də keçirilən mətbuat konfransında müxbirlərdən biri nazirə Azərbaycanın Qarabağ bölgəsindən gətirilən silahların neçəsinin qanuni, neçəsinin qanunsuz olduğu, neçəsinin təhvil verildiyi ilə bağlı sual verib.

Nazir cavab olaraq silahların könüllü təhvil verilməsi ilə bağlı işlərin aparılmasının zəruriliyini bildirib.

“Demək istərdim ki, 2020-ci ildəki 44 günlük müharibədən sonra 17 minə yaxın avtomat yoxa çıxıb”, - V.Kazaryan deyib.

Ammaa avtomatların nə vaxt, harada və hansı şəraitdə yoxa çıxması, yoxa çıxan silahların kimin balansında olması barədə heç bir açıqlama verilməyib.