FIFA ilin ən yaxşı məşqçisini seçdi

16
Yan
2024
00:07

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.

“Qafqazinfo” xəbər verir ki, Londonda baş tutan mərasimi “Match TV” kanalı canlı yayımlanır.

Namizədlər arasında Qvardioladan başqa İtaliya millisinin baş məşqçisi Luçano Spaletti və Milan “İnter”inə rəhbərlik edən Simone İzaqi də var.

Mükafat qalibi müəyyən edilərkən məşqçilərin 2022-ci il dekabrın 19-dan ötən ilin avqustun 20-dək qazandıqları uğurlar nəzərə alınıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis karyerasında ikinci dəfə FİFA-dan mükafat qazanıb.