Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib

15
Yan
2024
22:07

“Açıq ikiüzlülük: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir”.

Azreform.info xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Ermənistan XİN-in iddialarına cavabında deyib.

“Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir” – diplomat bildirib.