Trampın seçki rekordu

15
Yan
2024
20:56

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçici dəstəyinə görə digər potensial Respublikaçı namizədlər üzərində əhəmiyyətli dərəcədə öndədir. 

Azreform.info xəbər verir ki, bunu "CBS News" və "YouGov" sorğusunun nəticələri sübut edir.

Sorğunun nəticələrinə görə, Respublikaçılar tərəfdarlarının 69%-i praymerizdə Trampa səs vermək niyyətində olduqlarını bildiriblər. 

Qeyd olunur ki, bu, keçmiş prezidentin indiyədək belə sorğularda aldığı ən yüksək göstəricidir. Noyabrda bu göstərici 61% təşkil edib.

İkinci yerdə respondentlərin 14%-nin səs verməyə hazır olan Florida qubernatoru Ron DeSantisdir. 

Respondentlərin 12%-i ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyliyə, 5%-dən azı isə digər namizədlərə səs verməyə hazırdır.

Qeyd edək ki, sorğu yanvarın 10-12-də keçirilib.

Mürtəza
Azreform.info