Qonşu ölkədə güclü zəlzələ oldu

15
Yan
2024
19:28

Rusiyanın Buryatiya vilayətinin Kurumkanski rayonunda 5,7 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə regional fövqəladə hallar departamenti məlumat yayıb.

Agentliyin məlumatına görə, yeraltı təkanlar Baykal gölünün sularında Saxuli kəndindən 58 kilometr aralıda qeydə alınıb. Bildirilir ki, zəlzələ Kurumkanski, Barquzinski, Şimali-Baykal vilayətlərində, həmçinin Ulan-Udedə hiss olunub.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd olunur ki, yeraltı təkanlar Çita və Trans-Baykal ərazisində də hiss olunub.