Toyda rəisin xoşuna gəlib, “xalq artisti” adı verilib - Simonyan 

15
Yan
2024
18:21

“Xalq artisti”, “əməkdar artist” adı SSRİ-də uydurulmuş bir şeydir. Rəqabət olmadığından, adamlar pul qazana bilmədiyindən, dövlət belə qərara gəldi ki, bu sənətkar yaxşı sənətkardır, o biri yox. Başqa heç bir ölkədə belə şey yoxdur. 

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə fəxri adların ləğvi ilə bağlı müzakirələr zamanı deyib. 

“Bunlar Ermənistan üçün hansı xidmətlər göstərib? Hansısa uşağın toyuna gedib yaxşı oxuyublar, rəhbər də deyib ki, ona “xalq artisti” və ya “əməkdar artist” adını verin. Musiqi industriyasında status qazanmış insanlar var. Hörmət və populyarlıq rütbə ilə müəyyən edilmir. Hansı elitadan danışırsınız? Elita yoxdur, elita xalqın özüdür”, - Simonyan bildirib.