Türkiyədə 95 tələbə qız zəhərləndi

15
Yan
2024
15:14

Türkiyənin Kastamonu şəhərində Kredit və Yataqlar Təşkilatına (KYK) bağlı Hüma Hatun Qızlar Yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Azreform.info “Milliyet” qəzetinə istinadla xəbər verir ki, universitet tələbələri axşam yeməyində tantuni yeyiblər.

Bir müddət sonra ürəkbulanma, qusma, başgicəllənmə və ishal şikayətləri ilə müraciət edən tələbələr səhər saatlarında təcili yardım tərəfindən Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Kastamonu Qubernatorluğundan mövzu ilə bağlı açıqlama verilib. 

"Araşdırmalar nəticəsində 95 şagirdin qida zəhərlənməsindən zərər çəkdiyi, 72 şagirdin Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına köçürüldüyü, müalicələrinin davam etdirildiyi, həyati təhlükənin olmadığı məlum olub.

Hadisə ilə bağlı lazımi araşdırmalar davam etdirilir".

Günay