Ölkənin üç rayonu işıqsız qalıb: Ağaclar naqillərin üzərinə aşıb - FOTO

15
Yan
2024
14:21

Qarlı, küləkli hava şəraiti səbəbindən Lənkəran, Masallı, Salyanda ağaclar elektrik xətlərinin üzərinə aşıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu səbəbdən bəzi kəndlərdə elektrik enerjisinin verilişində problem yaranıb.

Hazırda adıçəkilən rayonlarda elektrik enerjisinin bərpası istiqamətində aidiyyəti qurumların müvafiq işçi qüvvələri ilə birgə tədbirlər görülür.