Toyda rəqs edən keçmiş sevgilisinə atış açdı - VİDEO

15
Yan
2024
14:00

İstanbulda toyda Ahmet Taşan adlı gənc rəqs edən keçmiş sevgilisi Kader T-nı güllələyib, daha sonra isə öz başına tutaraq atəş açıb. 

Azreform.info “Haberler.com”a istinadla xəbər verir ki, hadisə nəticəsində Kader ağır yaralanb, Ahmet isə ölüb.

Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. 

İlk müdaxilənin ardından yaralı Kader T. və Ahmet Taşan təcili yardımla xəstəxanaya aparılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq Ahmet Taşanı xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Həmin anlar ətrafdakılar tərəfindən lentə alınıb.

Günay