"Antalyaspor" Saqiv Jehezkelin idarə heyətinin qərarı ilə heyətdən çıxarıldığını və müqaviləsinə xitam veriləcəyini açıqlayıb.
Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb onun qol vurduqdan sonra üzərində "7 oktyabr hücumunun 100-cü günü" yazılan bilərziyi göstərərək İsrailə salam göndərməsi olub.
Antalya Respublika Baş Prokurorluğu tərəfindən "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" cinayətini törətdiyi səbəbi ilə istintaq edilən Jehezkel nəzarətə götürülüb.
"Antalyaspor"un prezidenti Sinan Boztepe mövzu ilə bağlı açıqlama verib.
“Fotonu gördüm. Milli dəyərlərimiz hər şeyin üstündədir. Futbolçu bizə nə qədər qazır qazandırsın. Onu heyətdən kənarlaşdıracayıq. Müdafiəsindən sonra müqaviləni pozub yolları ayıracağıq”.
“Akdeniz komandası da hadisəyə münasibətini bildirib.
“Bu gün "Trabzonspor"la oynadığımız matçın 68-ci dəqiqəsində qol vurduqdan sonra biləyindəki yazıları paylaşaraq, ölkəmizin milli dəyərlərinə zidd hərəkət etdiyi görülən Saqiv Jehezkelin idarə heyətinin qərarı ilə komandadan kənarlaşdırılıb. İdarə heyətimiz çempionat və ya kubokla nəticələnsə belə, heç vaxt ölkəmizin həssaslığına qarşı bu cür davranışa icazə verməyəcək”.
Qeyd edək ki, Jehezkel daha əvvəl Fələstinlilərin sükut dəqiqəsini rədd etdiyi üçün heyətə daxil edilməyib.
Günay