Yunan nazirdən Türkiyə etirafı: "Zəifik, qat-qat güclüdürlər"

15
Yan
2024
13:14

Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin müdafiə, xüsusən də aviasiya sənayesi sahəsində son vaxtlar çox böyük irəliləyişlər əldə etdiyini, öz ölkəsinin isə Türkiyədən çox geridə qaldığını etiraf edib.

Azreform.info xəbər verir ki, bu barədə "Kathimerini" qəzetinə müsahibəsində deyib.

"1980-ci ildə biz harada idik, Türkiyə harada? 2024-cü ildə də bu gün biz və Türkiyənin harada olduğuna baxın. Türkiyə irəliləyişlər etdi, biz geriyə doğru addımlar atdıq. Bu, qəbuledilməzdir", - yunan nazir qeyd edib.

O əlavə edib ki, Yunanıstan müdafiə sənayesində ciddi problemlər var: "Bu gün bizim nəyimiz var? Ya yox səviyyəsindədir, ya da demək olar  yoxdur".

Dendias Yunanıstanın Hərbi Dəniz Qüvvələrinin də Türkiyənin hərbi donanmasından geri qaldığını etiraf edib.

Mürtəza
Azreform.info