Bakı-Qazax yolunda 10-dan çox nəqliyyat vasitəsi toqquşub - YENİLƏNİB

15
Yan
2024
09:35

Bu gün 07:45 radələrində Bakı-Qazax yolunun 71-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, 7 avtomobilin iştirakı baş verən qəzada avtomobillərə ziyan dəyib.

İlkin olaraq "Mercedes" markalı avtomobil körpü üzərinə maneə dəyib.

Ondan sonra gələn avtomobillər bir-birinə toqquşub.

***
Bakı-Qazax yolunda zəncirvarı qəza baş verib.

APA xəbər verir ki, hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində baş verib.

10-dan çox avtomobil toqquşub.
Nəqliyyat vasitələri arasında bir avtobus, iki yük maşını, üç mikroavtobus və bir neçə minik maşını var.