Şəmkirdə qəza olub, ölən və xəsarət alan var

15
Yan
2024
08:56

Şəmkirdə ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai"markalı yük maşını digər "Zil"markalı su maşınına arxadan çırpılıb.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, biri isə ağır xəsarət alıb.