Fələstin bu döyüşdə qalib gəldi – Rəisi

14
Yan
2024
16:28

HƏMAS əməliyyatın ilkin mərhələsində qələbə çaldı və İsrail və müttəfiqləri məğlubiyyətə uğradı.

Azreform.info xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

“Bu gün Əl-Əqsa döyüşünün qalibi Fələstin, bu sahədə uduzan isə sionist rejim və onun tərəfdarlarıdır”, - Rəisi bildirib.

Onun sözlərinə görə, Fələstin məsələsi İslam dünyası üçün hər şeydən üstündür.