AB-nin yeni büdcəsi “Putinə hədiyyə” ola bilər

14
Yan
2024
15:07

2034-cü ilə qədər nəzərdə tutulacaq Avropa İttifaqının növbəti büdcəsində Kiyevə dəstək və Ukraynanın Aİ-yə qoşulması nəzərdə tutulmaya bilər.

Azreform.info xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.

Nəşrin yazdığına görə, yeni büdcə Rusiya prezidenti Vladimir Putinə “siyasi hədiyyə” olacaq.

FT xəbər verir ki, qarşıdan gələn büdcə əvvəlkindən xeyli böyükdür. Nəşrin jurnalistləri sənədi hazırlayanların “dəhşətli maliyyə planlaşdırmasından” danışıblar.(Publika.az)