Tramp: “Bayden yalnız seçkilərin nəticələrini saxtalaşdırmağa müvəffəq olub”

14
Yan
2024
14:42

“ABŞ prezidenti Cozef Bayden yalnız seçkilərin nəticələrini saxtalaşdırmağa və siyasi rəqiblərini təqib etməyə müvəffəq olub”.

Azreform.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib.

“Bayden son dərəcə bacarıqsızdır. Onun bildiyi tək şey seçkilərdə saxtakarlıq etməkdir. Bayden administrasiyasının üzvləri seçkiləri saxtalaşdırmaqda çox mahirdir və siyasi rəqiblərinin arxasınca getməyi də çox yaxşı bacarırlar. Başqa heç nə edə bilməzlər. Onların yaxşı bacardıqları budur, amma biz onlara dərs verəcəyik”, - Tramp bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə demokrat Bayden yenidən vəzifəsində qalmaq istədiyini açıqlayıb. Onun sələfi Tramp 2022-ci ilin noyabrında seçki mübarizəsinə qatılacağını açıqlayıb. O, indi Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur.