Quranı yandırmaq cəhdi kütləvi davaya çevrildi

14
Yan
2024
10:21

Niderlandın Arnhem şəhərində qəzəbli kütlə polis kordonunu yararaq Quranı yandırmağa çalışan radikala hücum edib.

Azreform.info xəbər verir ki, sanksiyalaşdırılan tədbirdə bir neçə polis əməkdaşı da yaralanıb və hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb.

Daha sonra polisə də hücum edildiyi və daş atıldığı məlum olub.

Nəticədə 3 nəfər həbs edilib. Polis yaxın günlərdə daha çox həbslərin olacağını istisna etməyib.