Yaponiyada Otake vulkanı püskürür

14
Yan
2024
09:56

Yanvarın 14-də Yaponiyanın cənub-qərbindəki Suvanose adasında Otake vulkanı püskürməyə başlayıb.

Azreform.info xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.

Təhlükə səviyyəsi üçə (beşdən) qaldırılıb - yəni insanlar kraterə yaxınlaşmamalıdır.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Hazırda adada 80 nəfərin yaşadığı, onların kəndinin vulkandan 4 kilometr aralıda yerləşdiyi qeyd edilir.