Şmıqal bu ölkəni Rusiyadan müdafiə edəcəyinə söz verdi

14
Yan
2024
09:28

Ukraynanın baş naziri Denis Şmıqal Rusiyanın mümkün hücumu zamanı ölkəsinin Böyük Britaniyaya yardım edəcəyini bildirib.

Azreform.info ” xəbər verir ki, bu barədə “Ukrayna həqiqəti” nəşri yazıb.

Ukrayna Nazirlər Kabinetinin rəhbəri bu həftə Kiyev və London arasında bağlanan təhlükəsizlik sənədi ikitərəfli və tərəfdaşlıq sazişi adlandırıb:

“Ukraynaya qarşı təcavüz olarsa Böyük Britaniya 24 saat ərzində reaksiya verəcək. Rusiya bizim dostumuza hücum etmək istəsə, Ukrayna da 24 saat ərzində müttəfiqini və tərəfdaşı olan Britaniyanı bu və ya digər şəkildə reaksiya verəcək”-deyə, o bildirib.

Eyni zamanda, baş nazir digər dövlətlərin də Ukrayna ilə oxşar sazişlər imzalayacağına ümid etdiyini bildirib.