Rusiyadan qorunmaq üçün sualtı qayıqlar hazırlanır

14
Yan
2024
05:28

İsveç Rusiyanın mümkün dəniz əməliyyatlarından qorunmaq məqsədi ilə Baltik dənizində patrul xidməti aparacaq sualtı qayıqlar inşa etməyə başlayıb.

Azreform.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qeyd edilir ki, “Blekinge” və “Skåne” adlı A26 tipli 66 metrlik dizel-elektrik sualtı qayıqları 2027 və 2028-ci illərdə suya buraxılmalıdır.

Onlar İsveçin 1990-cı illərin ortalarından bəri inşa etdiyi ilk sualtı qayıqlar olacaq. Hazırda Karlskronadakı gəmiqayırma zavodunda işlər aparılır.