Səudiyyə Ərəbistanı klubları “Yuventus”un yarımmüdafiəçisi Filip Kostiçlə maraqlanır.
“Azreform.info ” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Bildirilib ki, 31 yaşlı Kostiçin Səudiyyə Ərəbistanına transferi böyük ehtimalla bu ay reallaşacaq.
Qeyd edək ki, 2022-ci ildən “Yuventus”da oynayan futbolçunun müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.